>

Saatlıda kanaldan meyit tapıldı: Şübhəli sayılan ata və oğul saxlanıldı

 16-02-2025

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

Milletinsesi.info APA-ya istinadən xəbər verir ki, Mirhəsən Seyidovun qonşuları - 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.068556070327759