SSRİ Xalq artisti Oleq Strijenov 95 yaşında vəfat edib.
Milletinsesi.info xəbər verir ki, bu barədə "RİA Novosti" onun köməkçisinə istinadən məlumat verib.
Aktyor geniş tamaşaçı kütləsinə "Ovod" filmindəki Artur Breton rolu ilə tanınıb. Bundan başqa, o, "Meksikalı", "Qırx birinci", "Xoşbəxtlik ulduzu" və digər filmlərdə rol alıb.