FHN-in hospitalında maaşlar ödənilmir?

 29-03-2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında fəaliyyət göstərən həkimlərin maaşları ödənilir. 

Oxu.Az-ın məlumatına görə, maaşların ödənilməsinə ötən gündən başlanılıb. 

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma sayının azalması səbəbindən hospitalda bəzi bölmələrin fəaliyyətinin dayandırılması barədə qərar verilib. Həkimlər bu səbəbdən onlara maaşların ödənilməməsi barədə bildirmişdirlər. 

Xatırladaq ki, əgər ölkədə yoluxma sayı artarsa, hospitalda bağlanan bölmələr yenidən açıla bilər.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. 

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 2020-ci ilin iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı olub.

 

 

Bənzər yazılar

7.9744260311127