2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatacağı proqnoz edilir.
Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
O, qeyd olunan dövr ərzində həmçinin Azərbaycana 24.519 kommersiya yönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu söyləyib.
"Yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard AZN əlavə dəyər yaranıb. Bununla ötənilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olub", - deyə K.Quluzadə vurğulayıb.