Böyükşor-Pirşağı avtomobil yolunda Balaxanı və Mehdiabad qəsəbələri istiqamətinə gedilən yollarda nişanların quraşdırılmaması və asfaltın bərbad vəziyyətdə olması sürücüləri narahat edir.
Məsələ ilə bağlı şikayətlərini Baku TV-yə bildirən sürücülər qeyd ediblər ki, ərazidə işıqforun belə olmaması səbəbindən yolda rahat hərəkət etməkdə çətinlik çəkirlər.
"Heç bir nişan yoxdur, dönmək olmur. Yol da palçıqlıdır", - deyə sürücülərdən biri narazılığını ifadə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən ərazidə rahat hərəkətin təşkili üçün təmir-tikinti işlərinin davam etdirilməsi və yekunlaşdırılması planlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən əraziyə baxış keçiriləcək, təhlillər aparılacaq. Yalnız bundan sonra müvafiq nişanlar quraşdırılacaq.
Ətraflı süjetdə: