2021-ci ildə başlanılmış 210050957 saylı cinayət işi üzrə verilmiş məhkəmə qərarlarının icra edilməməsinin səbəbi nə vaxt araşdırılacaq?
Hesabatdan gizlədilməklə büdcədən oğurlanmış milyonların taleyi nə səbəbə heç kimi maraqlandırmır?
“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov tərəfindən Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı hüquqlarının pozulması barədə Sozcu.infonun redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə şikayətçinin məktubunu oxucularımıza təqdim edirik:
04.11.2021-ci il tarixdə Sabunçu RPİ-nin İstintaq şöbəsində CM-nin 178.3.2. maddəsi ilə (dələduzluq) başlanılmış və 29.03.2022-ci il tarixdə CM-nin 179.3.2. maddəsinə (mənimsəmə) tövsif edilərək, aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna verilmiş 210050957 saylı cinayət işi 37-ci aydır ki, Sabunçu rayon prokurorluğunda “ört-basdır”a salınır və qanunsuz olaraq dəfələrlə icraata xitam verilir.
Həmin vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə dairİş üzrə zərərçəkmiş şəxs Ağasəf İsmayılovun şikayətləriəsasında 2022-2024-cü illər ərzində verilmiş ümumilikdə 15sayda məhkəmə qərarlarının heç biri indiyə kimi icra edilməmişdir.
Bu qərarların icra edilməsi üçün və digər zəruri istintaq hərəkətlərinin aparılması üçün, 100-dən çox şikayətlərə Baş prokurorluğun və Bakı şəhər prokurorluğunun aidiyyəti vəzifəli şəxsləri də açıq-aşkar məhəl qoymurlar və məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsinə, hətta prosessual qanunvericiliyinin tələblərinin kobudcasına pozumasına da göz yumurlar .
Göstərilənlərə sübut olaraq, Sabunçu rayon prokurorluğunun prokuroru İbrahim Lənbəranskinin və müstəntiqlərinin 210050957 saylı cinayət işinin istintaqı üzrə qanunazidd əməllərinin bir neçəsi:
1). CM-nin 179.3.2. maddəsi ilə istintaq aparıaln cinayət işinin icraatını, müstəntiq Tural Mürsəlov ilk dəfə 13.05.2022-ci il tarixdə CPM-nin 53.1.1. maddəsi, yəni “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək” əsas göstərərək dayandırmışdır.
CM-nin bu 179.3.2. maddəsində “təqsirkara etibar edilmiş özgəsinin əmlakı” göstərildiyi halda və “Magna Trans” MMC-nin direktor müavini Ramil Xəlilov polisdə istintaqa vermiş olduğu ifadəsində özünün və dəstə üzvlərinin cinayət əməllərini tam etiraf etmiş olduğu halda, hətta 6 saylı vəkil bürosunun vəkili Camalov Bəşir Əsgər oğlunun tərtib etmiş olduğu MMC-nin saxta sənədlərini ona imzalatmasını da ifadəsində və üzləşmə ifadəsində göstərmiş olduğu halda və bu səbəbə Ramil Xəlilov təqsirkar şəxs qismində istintaqa cəlb olduğu halda və onun haqqında qətimkan tədbiri seçildiyi halda və elə bu əsasa görə də, cinayət işi CM-nin 179.3.2.maddəsinə tövsif olduğu halda, müstəntiqlə prokuror kimi müəyyən etmək niyyətindədirlər kimi axtarırlar?
“Magna Trans” MMC-də maddi-məsul vəzifələr daşıyan şəxslərin cinayət əməlləri elə həmin MMC-nin sənədləri ilə sübuta yetirildiyi halda, həmin işin icraatının müstəntiqin belə bir bəhanə ilə dayandırması heç bir qanuna, hətta məntiqəuyğun olmadığı üçün, Baş Prokurorun birinci müavini Elçin Məmmədov 04.07.2022-ci il tarixli qərarla müstəntiq Tural Mürsəlovun 13.05.2022-ci il tarixli qərarını əsassız və qanunsuz olduğu üçün ləğv edir və icraatı təzələməklə istintaqı davam etdirmək göstərişi verir.
2). Baş Prokurorun birinci müavininin qərarını icra etmək əvəzinə, müstəntiq Tural Mürsəlov 12.07.2022-ci il tarixdə qəbul etdiyi qərarda göstərir ki, sitat:
“İbtidai istintaq zamanı aparılması mümkün olan bütün istintaq hərəkətlərin aparılmasına baxmayaraq iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmamışdır. Ona görə də təqsirləndirilən şəxs qismində cəlb edilən şəxs müəyyən olunanadək iş üzrə icraat dayandırlımalıdır.”
Prokurorun və müstəntiqin bu qanunazidd hərəkətlərinə Baş prokurorluqda və Bakı şəhər prokurorluğunda aşkarcasına göz yumulduğu üçün, zərərçəkmiş şəxs Ağasəf İsmayılov məhkəmə nəzarəti qaydasında Sabunçu rayon məhkəməsinə müraciət edir və:
3). Sabunçu rayon Məhkəməsi 30.09.2022-ci il tarixli, 6(008)-42/2022 saylı qərarla, müstəntiq Tural Mürsəlovun“zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 11.07.2022-ci il tarixli qərarı ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərmişdir.
4). Sabunçu rayon Məhkəməsi 03.11.2022-ci il tarixli, 6(008)-47/2022 saylı qərarla, zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlunun şahidlər-Həmidov Bürhan Əhməd oğlu, Hacıyev Namiq Gülosman oğlu, Xəlilov Ramil Mətləb oğlu, Həmidov Rövşən Bürhan oğlu ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət müstəntiq Tural Mürsəlovun hərəkətsizliyini qanunsuz hesab etmiş, qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
5). Bakı Apellyasiya Məhkəməsi 20.07.2023-cü il tarixli, 6(103)-267/2023 saylı qərarla müstəntiq Tural Mürsəlovun«cinayət işi üzrə icraatın dayandırılması» haqqında 02.03.2023-cü il tarixli qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmiş, göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılmasını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
6) və 7). Sabunçu rayon Məhkəməsi 29.01.2024-cü il tarixli, 6(008)-2/2024 saylı və 09.02.2024-cü il tarixli, 6(008)-2/2024 saylı qərarlarla müstəntiq Tural MürsəlovunXəlilov Ramil Mətləb oğlu barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə 29.08.2022-ci il tarixli qərarı ləğv etmişdir və qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
8). Sabunçu rayon Məhkəməsi 01.02.2024-cü il tarixli, 6(008)-14/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin “Ağasəf İsmayılovun zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi” barədə 29.12.2023-cü il tarixli qərarını ləğv etmiş və qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
9). Sabunçu rayon Məhkəməsi 13.02.2024-cü il tarixli, 6(008)-19/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin“cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30.12.2023-cü il tarixli qərarını ləğv etmiş və iş üzrə araşdırmanın aparılmasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
10). Sabunçu rayon Məhkəməsi 10.05.2024-cü il tarixli, 6(008)-38/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin“Ağasəf İsmayılovun zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 12.03.2024-cü il tarixli qərarını ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materiallarını Sabunçu rayon prokurorluğuna göndərmişdir.
11). Sabunçu rayon Məhkəməsi 25.06.2024-cü il tarixli, 6(008)-57/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin“zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 31.05.2024-cü il tarixli qərarını ləğv etmişdir və qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
12). Bakı Apellyasiya Məhkəməsinin 01.07.2024-cü il tarixli, 6(103)-268/2024 saylı qərarı ilə, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir, Sabunçu rayon Məhkəməsinin 25.06.2024-cü il tarixli, 6(008)-57/2024 saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılmışdır.
Apellyasiya şikayəti təmin edilməyən prokuror İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
13). Sabunçu rayon Məhkəməsi 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31.05.2024-cü il tarixli qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmiş, göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılmasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
14). Sabunçu rayon Məhkəməsi 10.07.2024-cü il tarixli, 6(008)-47/2024 saylı qərarla, müstəntiq Fuad Babayevin“təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 12.03.2024-cü il tarixli qərarını ləğv etmişdir və iş üzrə yenidən araşdırma aparılması üçün iş materiallarını Sabunçu rayon prokurorluğuna göndərmişdir.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
15). Sabunçu rayon Məhkəməsi 02.09.2024-cü il tarixli, 6(008)-76/2024 saylı qərarla, müstəntiq Fuad Babayevinşikayətçi İsmayılov Ağasəf İslam oğlunun “34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə heç bir araşdırma aparmaması, müraciətin nəticəsi üzrə hər hansı prosessual qərar qəbul etməməsi və ya rəsmi cavab verməməsi və məhkəmə qərarlarında göstərilən digər xüsusatlar üzrə araşdırma aparmamasının qanunsuz hesab etmişdir və qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır”.
“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” İbrahim Lənbəranski isə elə əvvəlki qaydada qanunsuz hərəkətsizliyini bu günə kimi davam etdirir.
Bütün bu faktlar ona da dəlalət edir ki, sanki, 210050957 saylı cinayət işinin istintaqını hansısa gözəgörünməz bir qüvvə idarə edir və aidiyyəti vəzifəli şəxsləri də susmağa məcbur edir.
Elə buna görə də, sonuncu dəfə, bir daha istintaqın əngəllənməsi məqsədi ilə vaxtı uzatmaq üçün:
16). Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov30.09.2024-cü tarixli qərarla müstəntiq Fuad Babayevin 210050957 saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında 31.07.2024-cü il tarixli qərarını qanunsuz və əsassız olduğuna görə ləğv etmiş və iş üzrə icraat təzələnməklə əlavə istintaq aparılması üçün cinayət işi Sabunçu rayon prokurorluğuna qaytarmışdır.
Prokurorun müavini Toğrul Muxtarov həmin qərarda, Sabunçu rayon məhkəməsinin cəmisi bircə - 4 iyul 2024-cü il tarixli qərarının icra olumamasını göstərmiş və “21 ədəd avtobusun satışından əldə olunmuş vəsaitin hara xərclənməsi, nəyə görə müəssisənin bank hesabına köçürülməməsi, 34 ədəd avtobusun oğurlanması faktı yoxlanılmamışdır” və “şahid Elman Məmmədovla Bürhan Həmidovun arasında üzləşdirmə istintaq hərəkəti keçirməmişdir” yazmaqla kifayətlənmişdir ki, bu da birbaşa ona sübutdur ki, prokurorluq cinayət işinin istintaqının nəticəsində maraqlıdır və elə buna görə də əsas məqamlardan yan keçilir.
Elə bu səbəbə də, Sabunçu rayon Məhkəməsinin03.11.2022-ci il tarixli, 6(008)-47/2022 saylı qərarında “zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlunun şahidlər-Həmidov Bürhan Əhməd oğlu, Hacıyev Namiq Gülosman oğlu, Xəlilov Ramil Mətləb oğlu, Həmidov Rövşən Bürhan oğlu ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət müstəntiq Tural Mürsəlovun hərəkətsizliyini qanunsuz hesab edilsin” və zərərçəkmiş şəxs olan Ağasəf İsmayılovun və vəkilinin çoxsaylı vəsatətlərində göstərmiş olduqları qanuni tələblərin heç birini prokurorun müavini “görməmişdir”.
Bu fakt isə ona sübutdur ki, prokurorluq 2024-cü ilin yekunu ilə bağlı cinayət işinin istintaqının icraatının növbəti xitamını hazırlayır.
Biz isə, yekunda bu yazının başlığında qoyulmuş sualları bir daha təkrarlayırıq:
2021-ci ildən istintaq edilən 210050957 saylı cinayət işi üzrə verilmiş çoxsaylı məhkəmə qərarları hansı səbəbdən icra edilmir?
Zərərçəkmiş şəxsin əmlakının mənimsənilməsi ilə bərabər, hesabatdan gizlədilməklə büdcədən oğurlanmış milyonların taleyi prokurorluğu nə səbəbə maraqlandırmır?
Hörmətlə,
Ağasəf İsmayılov"
01.12.2024-cü il
P.S. Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.