Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanma yerləri təşkil edilib.
AYNA-dan Ölkə.az-a bildirilib ki, Neftçi Qurban, Dilarə Əliyeva, Sülh, Nizami, İsmayıl Məmmədov, Nizami İsmayılov küçələrində, Bülbül prospektində və “4 saylı ASAN Xidmət” mərkəzi yaxınlığında yerləşən ərazilərdə parklanma yerləri təşkil edilib.
"Məqsədimiz hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmaqdır",- qurumdan əlavə edilib.