Hamiləliyin onlayn izlənilməsi modulu hazırlanır.
Ölkə.az Xəzər TV-yə istinadən bildirir ki, yeni proqram gələn ilin ilk aylarında fəaliyyət göstərəcək və hamilə qadınlar nəzarətə götürüləcək. Bununla da ana və körpələrin sağlamlığının qorunması prossesi dahada gücləndiriləcək.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə son illər həm regionlarda həmdə paytaxtda ilkin səhiyyə mərkəzlərinə müraciət edənlər arasında ana və uşaqlar üstünlük təşkil edir. Buna əsasən qadın məsləhətxanalarınında fəaliyyətinin gücləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir.