Azərbaycan nefti bir qədər də bahalaşıb.
MillətinSəsi.info xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,61 ABŞ dollar, yaxud 0,52 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 118,78 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.