Elektron siqaretlərin QORXUNC ZƏRƏRLƏRİ

 28-10-2024

Daha bir ölkədə Böyük Britaniyada elektron siqaretdən istifadə qadağan ediləcək. Bu barədə ölkədə yeni qanun imzalanacaq. Belə ki, gələn ilin iyun ayından etibarən birdəfəlik elektron siqaretlərdən istifadənin məhdudlaşdıracağı bildirilir.

Məlumata görə, İrlandiya və Belçika da oxşar qadağalar tətbiq etməyi planlaşdırır.

Aparılan elmi tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi siqaret qədər olur. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola və onlar da xərçəng xəstəliyinə yol aça bilər. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı SOS verib.

Bir müddət əvvəl ÜST dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələ ki, tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.

Nəzərə alaq ki, bu vaxtadək dünyanın 34 ölkəsində elektron siqaretdən istifadə qadağan edilib.

MDB məkanında isə hələlik Qazaxıstan bu qadağanı tətbiq edib. Lakin ölkəmizdə nədənsə bu məsələ ictimai müzakirədən yayındırılır. Hətta elektron siqaretin zərərli olmadığı ilə bağlı fikirlər də səsləndirilir.

Elektron siqaretin hansı fəsadları var?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tanınmış həkim Abbas Bağırov deyib ki, bəzi adamlar əhali arasında “elektron siqaretlər zərərsizdir” kimi fikir formalaşdırır:

“Amma, çox təssüf ki, real vəziyyət heç də belə deyil. Elektron siqaretlərin tərkibində bir sıra kimyəvi birləşmələr var ki, onlar bilavasitə ağciyər xərçənginin, ürək infarktının və bir sıra sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bu fikir Amerika alimlərinin canlılar üzərində aparılan elmi tədqiqatları nəticəsində öz təsdiqini tapıb və ABŞ da elektron siqaretlərin istifadəsinə qanunla qadağa qoyulub. 

Xatırladım ki, hər il siqaret çəkməyin orqanizmdə yaratdığı fəsadların təsirindən yer kürəsində yaşayan insanların səkkiz milyonu həyatını itirir. Statistik göstəricilər elektron siqaretlərin istifadəçiləri arasında da ölüm faizinin eyni templə artdığını təsdiqləyir”. 

“Uşaqlarımızı hər vəchlə bu bəladan uzaq tutmalıyıq”

Müsahibimiz elektron siqaretlərin tərkibində olan qliserin və propilenqlikol kimi kimyəvi maddələrin qızaraq tüstü əmələ gətirdiyini deyib:

“Unutmayın, əgər elektron siqaretin tərkibində nikotin varsa, həmin nikotin doymuş hala keçərək daha zərərli xarakter alır, yoxdursa göstərdiyimiz digər birləşmələr aromatizatorlarla kimyəvi reaksiyaya girərək yeni zəhərli kimyəvi birləşmə əməl gətirir. Həmin birləşmələr isə öldürücü təsirə malikdir. 

Bundan başqa, elektron siqaret istifadəçilərinin ağız boşluğu selikli qişasında, dişlərində, yuxarı və aşağı tənəffüs yollarında qaraciyər və mədə-bağırsaqlarında, oynaq və endokrin sistemlərində ciddi fəsadların ortaya çıxmasının dəfələrlə şahidi oluruq. Sinir sistemlərində isə müxtəlif psixi, nevroloji, psixo-nevroloji pozulmalar baş verir. Ona görə də uşaqlarımızı hər vəchlə bu bəladan uzaq tutmalıyıq”.

Bənzər yazılar

0.10723495483398