Bakının Nəriman Nərimanov rayonu Nazim Hacıyev küçəsinin bir hissəsini su basıb.
Bu barədə Bizim.Media-ya ərazidə yaşayan sakinlər məlumat veriblər.
Sözügedən küçənin iki gündür su içərisində olmasına səbəb oktyabr ayının 28-də paytaxta yağan yağış suları yox, küçəyə axan kanalizasiya sularıdır.
Gün ərzində kanalizasiyadan axan su həm sakinlərin, həm də küçədən keçən avtomobillərin hərəkətinə çətinlik yaradır.
Ərazidəki problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qeyd edilən nömrələri ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Nərimanovda küçə kanalizasiya suları altında QALIB – İcra hakimiyyəti niyə SUSUR? – VİDEO
29-10-2024