"Xaqani" bağı restoran tərəfindən zəbt olunub

 14-10-2024

Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin "Molokan" parkı kimi tanıdığı "Xaqani" bağında insanların istirahət etməsi üçün nəzərdə tutulan yer adı hələ ki məlum olmayan restoran tərəfindən zəbt olunub.

Yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub:

"Hansısa kənar şəxs vətəndaşların istirahəti üçün nəzərdə tutulan yeri məşğul edirsə, həmçinin əhalidən əyləşmək üçün ödəniş tələb edirsə, bu qanunsuzluqdur. Parkın rəhbərliyi buna qarışmalıdır, hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri tədbirlər görməlidirlər".

Məsələ ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, ümumi məkanlar biznes istifadəsi üçün ayrıla bilməz:

"Bu biabırçılığa son qoyulmalıdır. Parkda insanların istirahəti üçün məkan ayrılıbsa, həmin ərazi qorunmalıdır, sakinlərin istifadəsinə verilməlidir. Kimsə gəlib şəxsi biznesi üçün istifadə edə bilməz".

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.15052199363708