“Veysəloğlu-Yaycılı qardaşlar” MMC-nin külli miqdarda vergi borcu yaranıb

 11-09-2024

“Veysəloğlu”na aid şirkətin 1,5 milyon manata yaxın vergi borcu yaranıb. 

Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, söhbət “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-dən gedir. Şirkətin bu ilin iyun ayında vergi borcu 1 milyon 443,9 min manat təşkil edib. Sentyabr ayının 10-da isə 1 milyon 445,4 min manata qədər yüksəlib. 

 

Qeyd edək ki, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Sərdarov Vüqar Ziyatxan oğludur. 

Xatırladaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Bənzər yazılar

0.10449600219727