"1 ayda 4 kiloqram arıqlamışam" - Vüsalənin formada qalma sirri

 06-08-2024

Aparıcı Vüsalə Əlizadə bir ay ərzində 4 kiloqram çəki atdığını açıqlayıb.

"MillətinSəsi.İnfo" Axşam.az-a istinadla bildirir ki, aparıcı arıqlamaq və formada qalma sirrini izləyiciləri ilə bölüşüb.

"Son bir ayda 58 kiloqramdan 54-ə düşdüm. Pəhriz demək olmaz, sadəcə doğru seçimlər və qadağalar deyək. Çox xanım yazır ki, paylaşın, bölüşün, bizə dəstək olun. Baş üstə. Amma belə şərt kəsək, sabahdan başlayacağam, bu gün yeyim, sabah olmasın. Öncəliyimiz güclü və iradəli olmaqdır. Çörək, un məhsulları, şirniyyat, "fast-food" qidalara, qazlı içkilərə, dondurmaya yox deyirik.

Bəli, nəticəni görəndən sonra özümüzə hədiyyələr edə bilərik. Məsələn mən günlər sonra dünən bir peraşki yedim. Bu günə - saat 09:00-da 1 stəkan ilıq limonlu su ilə başlamışam. 12:00-da yaşıl alma. Saat 4-də gavalı qurusu ilə çay (yaşıl çay olsa, daha yaxşı olar) içmişəm deyə, Vüsalə bildirib.  

"Yenisabah" məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, Jerard heç də analığının dediyi kimi ianələrlə yaşamaq niyətində deyil. O, halal zəhməti ilə dolanmaq istəyir.
 
Bununla bağlı saytımıza Jerardın izləyicilərindən biri məlumat verib. O, qeyd edib ki, Jerarda maddi dəstək göstərmək istəsə də, gənc burdan imtina edib.
 
Jerard “Mənə pul lazım deyil, iş lazımdır. Nə iş olmasının, Sumqayıtda, yaxud Bakıda olmasının fərqi yoxdur”, - deyib.

Bənzər yazılar

0.094938993453979