Ukrayna dəniz piyadaları rus texnikalarını vurub - VİDEO

 27-03-2022

Ukrayna dəniz piyadaları rus ordusuna məxsus texnikaları sıradan çıxarıb.

MillətinSəsi.info xəbər verir ki, sözügedən məlumatı əks etdirən kadrlar Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən yayımlanıb: "Ukrayna dəniz piyadaları rus düşmənini yandırır. Biz birlikdə qalib gələcəyik!", -  videonun başlığında deyilir.

Onu da bildirək ki, Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Aleksiy Aretoviç Rusiyanın Ukraynaya hücumu ilə bağlı keçirdiyi brifinqdə deyib ki, Ukrayna qoşunları Xarkov və Sumıda əks-hücum əməliyyatına başlayıb, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarını davam etdirir:

“Düşmənin indi iki əsas vəzifəsi var - qoşunlarımızı mühasirəyə almaq, Mariupolun işğalını başa çatdırmaq və Cənubda Xerson bölgəsində müdafiəni saxlamaq... Əgər düşmənin Cənubda müdafiəsi aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - deyə, o bildirib.

Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə xəbərdarlıq edib: “Bəzi ərazilərdə qalib gəldiyimiz və əks-hücum etdiyimiz barədə məlumatlar olacaq. Bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmalısınız”.

Bənzər yazılar

0.28743004798889