Narkotacir “Netflix”i məhkəməyə VERİB

 31-08-2022

Meksika narkotik kartelinin lideri Sandra Avila Beltran “Netflix” yayım xidmətini və İspaniyanın “Telemundo” telekanalını onun həyatı haqqındakı seriala görə məhkəməyə verib.

Serial 2011-ci ildən yayımlanır. Baş rolu Keyt Del Kastillo ifa edir.

Sakit okean kraliçası kimi tanınan narkotacir şirkətlərin layihədən qazandıqları bütün gəlirin 40 faizini almaq niyyətindədir.

“Hər iki şirkət mənim imicimə xələl gətirmək və ondan pul qazanmaq niyyəti ilə qeyri-qanuni fəaliyyət göstərib”, - deyə Beltran bildirib.

Sandra Avila Beltran Meksikanın Sinaloa karteli ilə Kolumbiyalı kokain istehsalçıları arasındakı vasitəçi hesab olunurdu. O, 2007-ci ilin sentyabrında həbs edilib və 2012-ci ildə Birləşmiş Ştatlara ekstradisiya olunub. Beltran bu yaxınlarda “TikTok” səhifəsi açıb və digər sosial şəbəkələrdə də paylaşımlar etməyə başlayıb.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.77060890197754