Qarabağda vergi ödəyicilərinin sayı açıqlandı

 13-06-2024

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən Ölkə.az-a bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur. Ə.Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının, etibarlı və müasir vergi ekosisteminin formalaşmasının DVX-nin gələcəyə baxışının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Bənzər yazılar

0.063199996948242