Azərbaycanda ən çox şəhid ailəsi bu şəhər və rayonlarda yaşayır – Siyahı

 12-06-2024

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 18 min 733 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub.

Yeniavaz.com xəbər verir ki, şəhid ailəsi üçün nəzərdə tutulan təqaüdün bir nəfərə düşən orta məbləği 385 manat 75 qəpik olub.

Məlumat üçün bildirək ki, Azərbaycanın şəhər və rayonları arasında təqaüd təyin olunan şəhid ailələrinin ən çox olduğu şəhər Sumqayıt olub. Sumqayıt şəhərində 795 nəfərə şəhid ailəsi kimi təqaüd təyin olunub.

Azərbaycanda ən çox şəhid ailəsinin olduğu 10 şəhər və rayon aşağdakılar olub:

Sumqayıt ş. –  795 nəfər
Gəncə ş. – 672 nəfər
Beyləqan r. – 576 nəfər
Tovuz r. – 470 nəfər
Füzuli r. – 465 nəfər
Ağdam r. – 465 nəfər
Xətai r. – 440 nəfər
Mingəçevir ş. – 407 nəfər
Bərdə r. – 406 nəfər
Abşeron r. – 404 nəfər

Onu da qeyd edək ki, Azərbaycanda şəhid ailəsinin olmadığı heç bir şəhər və rayon olmayıb. İstisnasız olaraq Azərbaycanın bütün şəhər və rayonlarında şəhid ailələri yaşayır.

Elnur Əli

Bənzər yazılar

0.19601917266846