Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Monitorinqlərin keçirilməsi barədə" 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.
Bu barədə İdarə məlumat yayıb.
Bildirilib ki, monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
İşdən azad olunub:
- - Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- - Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- - Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- - Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- - Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- - Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- - Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- - Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- - Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Şiddətli töhmət verilib:
- - Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri
- - Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru
- - Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri
Töhmət verilib:
- - Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru
- - Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri
- - Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- - Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru
- - Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoru
- - Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru yazılı xəbərdarlıq edilib:
- - Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- - Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru
- - Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.