Britaniya tarixində bir ilk: II Elizabetə məxfi plan təqdim edildi

 27-08-2022

Böyük Britaniya kraliçası II Elizabetə yeni baş nazirin ilə bağlı məxfi plan tərtib edilib. Belə ki, o hökumət başçısını ilk dəfə Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin edəcək. Buna səbəb onun səhhətindəki problemlər göstərilib: 96 yaşlı monarxa Londona getməmək tövsiyə olunub.

“Kraliçanın 48 saatlıq səfər üçün min mil irəli-geri səyahət etməsi yaxşı seçim deyil, hansı ki, baş nazirin  özü asanlıqla Balmorala gələ bilər”, - deyə mənbədən bildirilib.

Məlumata görə, yeni baş naziri II Elizabetin özü təyin edəcək, oğlu həvalə etməyəcək.

Xatırladaq ki, baş nazir Boris Conson Mühafizəkarlar Partiyasındakı protegesi Kristofer Pinçerlə qalmaqal fonunda iyulun 7-də Britaniya parlamentinin rəhbəri vəzifəsindən . Varis seçilənə qədər o, hökumət başçısı vəzifəsini icra edir. Britaniyanın baş nazirliyinə namizədlər arasında xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri var.

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də .

Mənbə: The Sun

Bənzər yazılar

0.31114292144775