Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda 86 yaşlı erməni sakinin yaşadığı evə od vurması əks olunub.
Qeyd edək ki, bundan əvvəl də Laçını tərk edən bir neçə erməninin evini yandırması ilə bağlı görüntülər paylaşılmışdı.
Xatırladaq ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.