Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

 20-04-2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib ki, bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Açıqlama illərlə müzakirə olunan palma yağının təhlükəli olması barədə mövzunu yenidən aktuallaşdırıb.

ARB telekanalının efirində müzakirə olunan məsələyə münasibət bildirən qida mütəxəssisi Ağa Salmanov deyib ki, palma yağının ölkəyə gətirilməsi qadağan olunmalıdır.

Onun fikrincə, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Mütəxəssis qeyd edib ki, transyağlar təkcə palmadan deyil, günəbaxan və qarğıdalıdan da əldə olunur.

Ətraflı videosüjetdə:

Bənzər yazılar

0.22556209564209