IMF-nin Azərbaycanda inflyasiya ilə bağlı proqnozu

 16-04-2024

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2024-cü və 2025-ci illərdə orta illik inflyasiyanı 5 % səviyyəsində proqnozlaşdırır.

Bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb.

Oktyabr hesabatında bu il üçün inflyasiya 5,6 %, 2028-ci ildə isə 4 % səviyyəsində proqnozlaşdırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 101 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-ərzaq məhsulları üzrə 101,4 %, əhaliyə ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya 0,2 % (fevralda 0,6 % olub), il ərzində isə 0,4 % təşkil edib.

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

Ölkədə 2023-cü ildə orta illik inflyasiya 8,8 % təşkil edib.

 

 

 

Bənzər yazılar

0.058526039123535