Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi - Aydın Kərimovun DOSYESİ

 01-04-2024

Prezident İlham Əliyev Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilir.

Həmçinin, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilir.

Qeyd edək ki, Aydın Kərimov Prezident İlham Əliyevin 2021-ci ilin 27 yanvarında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunmuşdu. 

Bildirək ki, Aydın Kərimov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.

O, daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları barəsində çıxışlar edib.

 

Bənzər yazılar

0.16700005531311