Ruslar Ukraynada daha bir deputatı qaçırdılar

 23-03-2022

Ruslar Xerson vilayətinin Oleşki kəndində Xerson deputatını, dram teatrın direktoru və fəal Aleksandr Knihanı oğurlayıblar.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ali Radanın “telegram”da yaydığı mesajda ​​deyilir.

Qeyd olunub ki, bundan əvvəl rusların teatrda qanunsuz axtarışları olub:

“İşğalçılar işğal etdikləri ərazilərdə əhaliyə qarşı terror törətməkdə davam edirlər. Hakimiyyətlərini bərqərar edə bilməyib bölgədə və ölkədə tanınmış, nüfuzlu şəxsiyyətlərin həbsinə əl atırlar.

Martın əvvəlindən işğalçılar müvəqqəti olaraq Xersona və onun ətrafına nəzarət ediblər. O vaxtdan bəri yerli sakinlər davamlı olaraq etiraz mitinqlərinə çıxırlar.

Vətəndaş cəmiyyətinin güclü müqaviməti sayəsində rusların “Xerson Xalq Respublikası”nın tanınması ilə bağlı təbliğat kampaniyası iflasa uğradı”.

Qeyd olunur ki, Rusiya Federasiyası tərəfindən müvəqqəti ələ keçirilən müxtəlif şəhərlərdən Ukrayna vətəndaşlarının məcburi şəkildə Rusiyaya aparılması, insanların filtrasiya düşərgələrinə göndərilməsi barədə məlumatlar yayılır.

Bənzər yazılar

2.7077929973602