Bakının Nizami rayonunda yaşıllıq sahəsi məhv edilir

 08-04-2024

Bakının Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 (Elmi-Tədqiqat İnstitutu), ünvanında meşə sahəsi məhv edilir.

Pravda.az-a təqdim edilən görüntülərdən də aydın olur ki, ağaclar bir neçə şəxs tərəfindən kəsilir.

Nizami Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib:

“Məsələ ilə bağlı bildiririk ki, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Şərifli küçəsi 25 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışı əsasında xüsusi mülkiyyətdə olan hasara alınmış torpaq sahəsinə baxış zamanı mülkiyyətçisi tərəfindən ərazidəki kolluqların kəsilməsi və onların yandırılması faktı aşkar olunub. Aşkar olunan faktlarla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib və hazırda müvafiq tədbirlərin görülməsi istiqamətində ərazidə araşdırmalar aparılır”.

Xatırladırıq ki, belə bir hal Nizami Rayon ərazisində mütəmadi baş verir. Coşqun Cəbrayılovun icra başçısı vəzifəsinə təyin edilməsindən sonra ağaclıq ərazilərin məhv edilməsi adi hala çevrilib.

Videoları təqdim edirik:

 

 

Bənzər yazılar

0.057631015777588