Lənkəranın Boladı kəndini cənginə alan sel sularının çəkilməsinə baxmayaraq, daşqınların yaratdığı çətinlikləri aradan qaldırmaq hələ də tam mümkün olmayıb.
Kənddə yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və zirzəmisi su altında qalıb. Su kanalları və kanalizasiyalar dolub, daşıb. Məhəllədaxili yerlərdə suyun səviyyəsi 70-80 sanitmetrə qədər çatıb.
Kənd sakinləri bildirib ki, onlar məcbur qalıb evlərinə girib-çıxmaq üçün pəncərədən istifadə edirlər.
Daha ətraflı Baku TV-nin süjetində: