Cəlilabad fermerləri müflis oldu: Təsərrüfatları su altında qaldı - VİDEO

 22-03-2022

Əksər vaxt əkin sahələri üçün yağış arzulayan cəlilabadlı fermerlərin sahələri məhz elə aramsız yağışlardan sonra ciddi ziyanla üzləşib.

Bir neçə gün davam edən aramsız yağıntılar selə dönərək onlarla istixananı dağıdıb.

Rayon ərazisindən keçən Mişarçayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb. Yuyulan torpaqlarda əkinlər zay olub.

Cəlilabadın Maşlıq kənd ərazisində kartofçuluqla məşğul olan və ziyan görən fermerlər isə indi sadəcə olaraq su basmış sahələrində toplanıb müvafiq qurumların onlarla maraqlanacağını gözləyirlər.

Əkin sahələrinə kifayət qədər maddi vəsait qoyan fermerlər ziyanın qarşılanmayacağı halda müflis olacaqlarını bildirirlər. Fermerlər təbii yağıntıların sellə gələn axarının vaxtında əkin sahələrindən kənarlaşdırılmadığını da iddia ediblər.

Cəlilabad Rayon Muğan kənd dairəsi üzrə icra nümayəndəsi Rəzzaq İsparov bildirib ki, fermerlərin düşdükləri vəziyyətdən xəbərdardır. Tezliklə və ilk növbədə dəymiş ziyanın araşdırılmasına başlanılacaq. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

1.7613501548767