Medvedev: Odessanın Rusiyaya qaytarılma vaxtıdır

 22-02-2024

Odessa Rusiya Federasiyasının səbirsizliklə gözlədiyi Rusiya şəhəridir. 

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Odessa haqqında mən sadəcə olaraq deyə bilərəm: Odessa, evə qayıt. Və bu qədər. Biz Rusiya Federasiyasında Odessanı gözləyirdik, hətta bu şəhərin tarixinə, orada necə insanların yaşadığına, hansı dildə danışdıqlarına görə. Bu bizim rus şəhərimizdir”, - Medvedev qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.18706512451172