Dani Alveşə hökm oxundu

 22-02-2024

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.

“Ölkə.az” xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya 4 il 6 ay həbs cəzası verilib.

Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir. 

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib. 

Bənzər yazılar

0.16982698440552