Bakıda anasının 16 yaşlı qızı evdən qovması iddiası ilə bağlı AÇIQLAMA

 22-02-2024

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın 16 yaşlı qızını evdən qovması barədə yayılan xəbərlərlə bağlı daha bir açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə tərəfindən Qaradağ rayonunun, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəb ilə əlaqə saxlanılıb:

“Məktəb rəhbərliyi tərəfindən uşağın anası təhsil ocağına dəvət olunub. O bildirib ki, qızını evdən qovmayıb, rəfiqəsigildə qalıb. Məktəbdə bərbər kursunda təhsil alan yeniyetmə də evdən qovulması məsələsini təkzib edib”.

T.Mərdanoğlu qeyd edib ki, məsələni komitə nəzarətdə saxlayır.
Qeyd edək ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan qızı anasının evdə qovduğunu və bu səbəbdən müxtəlif ünvanlarda gecələməli olduğu barədə paylaşım edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də məsələ barədə araşdırma aparıldığı bildirilmişdi. 

Bənzər yazılar

0.16977190971375