Müqavilədəki gizli bənd ortaya çıxdı: İstəməsə də, bu şou baş tutacaq

 18-02-2024

Ukraynalı boksçu Aleksandr Usikin məşqçisi Sergey Lapin maraqlı açıqlama verib.

"Ölkə.az" xəbər verir ki, britaniyalı Tayson Fyuri ilə titul uğrunda döyüş üçün müqavilədəki qeyri-adi bənddən danışıb.

“Ümid edirəm ki, Usik mayın 18-də Fyuri ilə hesablaşmaq imkanı əldə edəcək. Bununla belə, Tayson döyüşmək imtina etməyə davam edərsə, müqavilədə Filip Hrqoviçə Fürini əvəz etməyə imkan verən bənd var. Hrqovic ehtiyat döyüşçü kimi elan edilib. Ona görə də şou Furinin istəyindən asılı olmayaraq baş tutacaq”.

Qeyd edək ki, bundan əvvəl Tayson Fyuri 2023-cü il dekabrın 23-də və 2024-cü il fevralın 17-də Aleksandr Usiklə döyüşməkdən imtina etmişdi.(publika.az)

Bənzər yazılar

0.18750095367432