Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb və uğursuzluğa düçar olarsa, “Üçüncü Dünya müharibəsi” ilə bağlı xəbərdarlıq edib.
MillətinSəsi.info xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
"Mən onunla danışıqlara hazıram. Son iki il ərzində hazıram. Və düşünürəm ki, danışıqlar olmadan bu müharibəni bitirə bilməyəcəyik.
Düşünürəm ki, danışıqlar aparmaq, Putinlə danışmaq üçün istənilən formatdan, istənilən şansdan istifadə etməliyik. Amma bu cəhdlər uğursuzluqla nəticələnərsə, bu, Üçüncü Dünya müharibəsi deməkdir. Əgər Rusiya indi dayandırılmasa, indi cəzalandırılmasa, dünyadakı digər təcavüzkarlar digər müharibələri başladacaqlar.
Dünyanın fərqli regionlarında, fərqli qitələrdə, hansısa dövlətin qonşularını işğal etməyi arzuladığı hər yerdə təcavüzkarlar müharibələr başladacaq”, - deyə V.Zelenski bildirib.
O, həmçinin müharibənin Ukraynada yaşatdığı dəhşəti özündə əks etdirən fotoları təqdim edib: