Çin Ukraynadakı müharibəyə qarşıdır, sülhün qorunmasının tərəfdarıdır

 20-03-2022

“Ukraynadakı müharibə məsələsində Çinin mövqeyi ədalətli və obyektivdir, əksər dövlətlərin istəklərinə cavab verir və Çin tərəfi ardıcıl olaraq dünya sülhünü müdafiə edib. Zaman göstərəcək ki, Çinin mövqeyi tarixin doğru tərəfindədir”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Çin və ABŞ liderləri Si Cinpin və Co Bayden arasında martın 18- də baş tutan video zəngi şərh edərkən deyib.

Onun sözlərinə görə, Çin müharibəyə qarşıdır, sülhün qorunmasının tərəfdarıdır və bu, dövlətin ardıcıl xarici siyasətidir, həmçinin bu siyasət dövlətin tarixi və mədəni ənənələrinə söykənir.

"Çin müstəqil şəkildə obyektiv və ədalətli şəkildə məsələnin mahiyyəti əsasında mühakimə yürütməyə davam edəcək", - XİN rəhbəri bildirib. Rəsmi əlavə edib ki, Çin tərəfi heç bir kənar təzyiq və məcburiyyəti qəbul etmir, həmçinin “özünə qarşı hər hansı əsassız ittiham və şübhələrə qarşıdır”.

Xatırladaq ki, martın 18-də Si Cinpin və Co Bayden arasında söhbət olub.

Çin mediasının məlumatına görə, Si Cinpin amerikalı həmkarı ilə söhbəti zamanı deyib ki,  hər iki ölkə dünya sülhü üçün məsuliyyəti öz üzərinə götürməlidir. Çin prezidenti vurğulayıb ki, heç kim Ukraynada müharibə görmək istəmir.

Daha sonra Ağ Ev məlumat yayıb ki, ABŞ prezidenti ÇXR liderini Rusiyaya yardımın göstərilməsinin nəticələri barədə xəbərdar edib.
Martın 12-də “Financial Times” yazıb ki, Rusiya rəhbərliyi Çindən silah və digər hərbi yardım göstərməyi xahiş edib.

Bənzər yazılar

0.23899912834167