İsrail ABŞ-ı müharibə bataqlığında boğacaq - Abdullahian

 09-02-2024

İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib.

O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb.

Bənzər yazılar

0.17230200767517