Cavanşir Məmmədova xalq artisti adı veriləcək?

 06-02-2024

70 yaşı yaxınlaşan, lakin xalq artisti adı almayan sənətçilərimiz var. Misal kimi 70 yaşı fevralın 18-də tamam olacaq Əməkdar artist Firuzə İbadovanı və martın 15-də 70 yaşını qeyd edəcək Cavanşir Məmmədovu göstərmək olar.

Adını qeyd etdiyim sənətkarlarımızla yanaşı, uzun illərdir xalq artisti adı almayan müğənnilərimizin bu şansı nə dərəcədədir? Xalq artisti adını almaq üçün lazımi meyarlara cavab verən hansı sənətkarlarımız var və bu adın onlara verilməsi təxminən nə qədər zaman alacaq?

Musavat.com bu suallarla Mədəniyyət Nazirliyinə müraciət edib.

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, 14 may 1999-cu ildə Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamə qəbul olunub:

“Fəxri adların verilməsi, meyarlar məhz bu Əsasnamənin bazasında müəyyən olunub.

Sorğunuza əsasən, xalq artisti adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalıqla görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərə görə verilir, əvvəllər əməkdar artist və ya əməkdar incəsənət xadimi adına layiq görülmüş şəxslər bu adla təltif olunur”.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova isə saytımıza bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəbulda olub, onu maraqlandıran suallar cavablandırılıb.

 

Bənzər yazılar

0.16929292678833