Keçmiş deputatın oğluna məxsus şirkət yenə məhkəməyə verildi

 23-01-2024

“Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Sabah Residence” Mənzil-Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.

“Sabah Residence” MTK 30 avqust 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Səfərov Abil Səməd oğludur. 

Mediada gedən məlumatlara görə, “Sabah Residence” MTK-nın təsisçisi  "Qala Group” MMC-dir. Abil Səfərov bu şirkətdə direktor vəzifəsində çalışır. Eyni zamanda şirkətin qanuni təmsilçisidir.

"Qala Group”un təsisçisi və müşahidə şurasının sədri isə Orxan Mustafayevdir. O, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur. 

"Qala Group” MMC və "Sabah Recidense” MMC "İdeal Concept Group” şirkətinə daxildir. Orxan Mustafayev bu şirkətin prezidentidir.

“Sabah Residence” MTK bundan əvvəl də “Fortis Group” MMC tərəfindən məhkəməyə verilmişdi. 

Bənzər yazılar

0.19835996627808