Azərbaycan Ordusunun əsgəri HƏLAK OLUB: Evin tək oğlu İMİŞ

 05-08-2022

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Tovuzda hərbi hissədə qətlə yetirilən əsgər Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kəndində doğulub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, A. Pünhan evin tək oğul övladı olub, onun iki bacısı var.

Onun 2023-cü ilin yanvarında hərbi xidmətini başa vuracağı qeyd olunub.

Bənzər yazılar

5.2229750156403