Səfirlik: “Azərbaycan Cammu və Kəşmir probleminin sülh yolu ilə həllini dəstəkləyir”  

 05-08-2022

“Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.

Bunu Azərbaycanın Pakistandakı səfirliyi “Twitter”də etdiyi paylaşımda bildirib.

Qeyd edək ki, Hindistan hökuməti 2019-cu il avqustun 5-də uzun illərdir Cammu və Kəşmirin xüsusi statusunu ləğv edərək, Hindistan federal hökumətinə tabe edib. Bu qərar ciddi etiraz doğurub, hətta Pakistanla Hindistan arasında sərhəddə və qarşılıqlı olaraq iki tərəfin bir-birinin təyyarəsini vurmasına səbəb olub.

Bənzər yazılar

0.38699293136597