Müğənni Nüşabə Musayeva: "67 yaşlı heyranım boşqabda 5 min dolların altında nömrəsini göndərmişdi"

 04-08-2022

Bir müddət öncə ərəb turistlərə görə rəqs edərkən görüntüsü yayılan müğənni Nüşabə Musayeva "Səmimi" verlişində maraqlı açıqlaması ilə yenə gündəm olub. 

Müğənni Nüşabə Musayeva həmin verlişdə bunları deyib:

"Kişi məclislərinə gedirəm. Özümə güvənirəm. Nömrə göndərəndə olub. Zəng etmişəm. Görüşmüşəm də. Niyə görüşməyim? Adam deyiləm? Toy məclisində 67 yaşlı heyranım boşqabda 5 min dolların altında nömrəsini göndərmişdi. Dəli kimi fanatım olduğunu bildirdi.

Yer üzündə ili müğənni - mən və Alla Puqaçovanın dəli kimi sevdiyini etiraf etdi. Mənimlə sadəcə üz - üzə yemək yemək istəyirdi. Menecerim və köməkçimlə birlikdə onunla yemək yedik. Çox gözəl ailəsi,nəvələri var. Allah onun balalarını, nəvələrini saxlasın" - müğənni Nüşabə Musayeva deyib.

Bənzər yazılar

5.6414501667023