“Sumqayıt” braziliyalı futbolçu ilə RAZILAŞIB

 04-08-2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini həyata keçirib.

Bununla bağlı klubun rəsmi sosial şəbəkə hesabı məlumat yayıb.

Bildirilib ki, “gənclik şəhəri” təmsilçisi Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və PSTC klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı toqolu futbolçu yeni komandasında “70” nömrəli formada çıxış edəcək.

Bənzər yazılar

5.3765189647675