Bakının Nəsimi və Nərimanov rayonlarında baş verən davalarda BIÇAQLANANLAR OLUB

 04-08-2022

Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.

APA xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.

Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların vəziyyəti ağırdır.

Bənzər yazılar

0.20913195610046