“Şərq-F” MTK məhkəmədə uduzdu - 208 min vergi borcu ödəyəcək

 19-03-2022

Bakıda bir çox yüksək mərtəbəli yaşayış binası və yaşayış komplekslərinin tikintisini həyata keçirən “Şərq-F” MTK barəsində məhkəmə iddiası qaldırılıb.

Kriminalqafqaz.az”ın əldə etdiyi məlumata görə, şirkət Dövlət Vergi Xidmətinə olan borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qaldırılan iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Zaur Pirverdiyev iddianı təmin edib.

Qeyd edək ki, bu günə olan rəsmi məlumata görə, “Şərq-F” MTK-nın 208 min manat vergi borcu var. Şirkət borcunu ödəməzsə, əmlakları müsadirə oluna bilər.

Bənzər yazılar

0.14475893974304