Azərbaycanda bu il uşaqlara ən çox qoyulan ADLAR - SİYAHI

 02-08-2022

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanda doğulan körpələrə ən çox verilən adlar bəlli olub.

Bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Belə ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində ən çox istifadə edilən kişi adlarının ilk onluğu belədir: Uğur (1037), Əli (1009), Yusif (922), Hüseyn (918), Məhəmməd (690), Ömər (616), Raul (578), Murad (570), Tunar (451), Adəm (446).

Cari ilin 7 ayı ərzində yeni doğulan körpələ ən çox istifadə verilən 10 qadın adı isə bunlar olub: Zəhra (1010), Zeynəb (823), Məryəm (802), Aylin (802), Fatimə (684), Nilay (681), Mələk (652), Nuray (541), İnci (536), Ayla (534).

Məlumat üçün bildirək ki, Azərbaycanda son 5 ildə ən çox istifadə edilən adlar Zəhra (9588) və Yusif (9449) olub.

Bənzər yazılar

5.240238904953