Prezident Dövlət Gömrük Komitəsinə sədr müavini TƏYİN EDİB

 02-08-2022

Prezident İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.

Bu barədə Haqqin.az məlumat yayıb. Bəhruz Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub. 

Qeyd edək ki, Bəhruz Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bənzər yazılar

0.45198798179626