Deputatın həyat yoldaşına vəzifə verilməsi TƏNQİD OLUNUB

 01-08-2022

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

“Ümumtəhsil sahəsində heç bir fəaliyyəti olmayan, yalnız icra hakimiyyəti sistemində çalışan Günay Qurbanova birdən-birə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdir təyin edilib”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, işi sənəti sosial şəbəkə hesabında belə öz selfilərini və deputat ərinin fotosessiyalarını qoymaq olan bu adamı birdən-birə təhsili inkişaf etdirmək kimi ciddi vəzifəyə təyin etməyin arxasında nə durduğu maraqlıdır: “Göründüyü kimi, artıq qohum, dost və tanışlarını bitirib, dostlarının dostlarını, qohumlarının qohumlarını və tanışlarının tanışlarını vəzifəyə gətirilər… Vallah buna da etiraz etməzdik. Heç olmazsa belələrini mühüm əhəmiyyətli vəzifələrə gətirib xalqın genefondunu məhv etməyin”.

Təhsil naziri Emin Əmrullayevin vəzifə verdiyi xanım, deputat Sadiq Qurbanovun həyat yoldaşıdır.

O, Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova 29 gün işsiz qaldıqdan sonra yeni vəzifəyə təyin edilib.

Bənzər yazılar

0.15830516815186