Müəllimlərin sertifikasiyasına BAŞLANILIR

 30-07-2022
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.
 
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.
 
"Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər" - deyə bildirilib.
 
Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.
 

Bənzər yazılar

0.48541402816772