"Real"dan azarkeşlərinə maraqlı şərt: Mbappe ilə Halandı istəyirsinizsə...

 28-12-2023

Yay transfer dönəmində heyətini dünyaca məşhur bir hücumçu ilə gücləndirəcəyi gözlənilən "Real" maraqlı praktika həyata keçirib.

Qaynarinfo.az-ın məlumatına görə, klubun rəsmi məhsullarının satıldığı mağazalardan alınan formmaların üzərinə Kilyan Mbappe və Erlinq Halandın adlarının yazılmasını istəyən azarkeşlərin xahişini yerə salmayıb. Amma klub bunu yalnız bir şərtlə həyata keçirəcəyini açıqlayıb. 

"Cadena SER"də yer alan xəbərə görə, klubun açıqlamasında heyət üzvlərinə göstərilən hörmət səbəbindən formaların üzərinə komandada olmayan futbolçuların adının yazılması mümkün deyil. Bu o halda mümkün ola bilər ki, həmin azarkeşlərin şəxsiyyət vəsiqəsində adları Mbappe və ya Haland yazılsın. Yalnız bu halda tələblər reallaşacaq. Bir çox futbol adamları bunun "Real" rəhbərliyinin gözləntiləri azaltmaq üçün bir strategiyası olduğunu ifadə etdi.

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Mbappenin yayda "Real"a keçəcəyi ilə bağlı güclü iddialar olsa da, fransız ulduz daha əvvəl bundan imtina etmişdi. Müqaviləsində sərbəst qalma maddəsi 2025-ci ilin yayında aktivləşəcək Halandın isə bu tarixdən əvvəl "Mançester Siti"dən ayrılması çox çətin görünür.

 

Bənzər yazılar

0.20266890525818