Yaponiya Britaniyaya artilleriya sursatlarının ixracına başlaya bilər

 22-12-2023

"Yaponiya silah ixracı qaydalarını dəyişdirərək Böyük Britaniyanı artilleriya sursatları ilə təchiz etməyə başlaya bilər". 

İqtisadiyyat.az xəbər verir ki, Britaniyanın BAE Systems şirkətinin lisenziyası əsasında Yaponiyada istehsal olunan 155 mm-lik mərmilər Ukrayna Silahlı Qüvvələrində (AFU) sursat çatışmazlığı problemini həll etməyə kömək edə bilər.

Vəziyyətlə tanış olan iki mənbənin sözlərinə görə, söhbət Yaponiyanın Ukraynaya birbaşa yardım göstərməsindən getmir. Bununla belə, Britaniya anbarlarındakı tükənmiş silah və sursat ehtiyatlarının artırılması Londona Kiyevə yardımı davam etdirmək üçün daha çox imkan verəcək.

Qəzet yazır ki, Yaponiya hökuməti cümə günü hazırkı silah ixracı qaydalarının yumşaldılmasını elan etməyi planlaşdırır. Amerika mətbuatının yazdığına görə, bu addım ilk növbədə ABŞ-yə "Patriot" zenit-raket kompleksləri üçün sursat tədarükünü artıracaq və Vaşinqton Ukraynaya daha çox ən son hava hücumundan müdafiə sistemləri göndərə biləcək.

"Washington Post" qəzeti yazıb ki, ABŞ yapon müttəfiqlərindən bir neçə raket ala bilər. Nəşr bu halda Vaşinqtonun Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü həcmində hansı artımdan danışacağını dəqiqləşdirməyib. (İqtisadiyyat.az)

 

Bənzər yazılar

0.20470905303955