Vətən müharibəsi qazisi vəfat etdi - Toyu olacaqdı

 14-12-2023

Vətən müharibəsi qazisi, Siyəzən rayon sakini Sənan Rəhimov dünyasını dəyişib.

Sənan Rəhimov bu gün qəfil vəfat edib.

Onun zəhərlənmə səbəbindən vəfat etməsi ehtimal edilir.

Yaxınları bildirib ki, S.Rəhimov nişanlı olub və yaxın günlərdə toyu planlaşdırılırmış.

Qeyd edək ki, Sənan Rəhimov Vətən müharibəsindən sonra “Cəsur döyüşçü”, Qubadlının və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilib.

 

Bənzər yazılar

0.17550778388977